Kenan Construction
 
KƏNAN – 1996 -cü ildə yaradılmış və dinamik şəkildə inkişaf edən və inşaat-memarlıq sahəsində fəaliyyət göstərən şirkətdir.
Şirkət ISO 9001:2008, OHSAS 18001:2007 kimi beynəlxalq standartlar üzrə uyğunluq şəhadətnamələrinə malikdir. Bu şəhadətnamələr Keyfiyyətin İdarə olunması Sisteminin səmərəliliyini və şirkətin öz imkanlarını genişləndirmək və daha geniş istehlakçı kütləsinin tələbatına cavab vermək məqsədi üçün çalışdığını göstərir. Bu da, öz növbəsində digər təşkilatlara nisbətən şirkətin rəqabət imkanını daha da yüksəldir.

Şirkətin əsas fəaliyyət istiqaməti inzibati, mülki və sənaye obyektlərinin tikintisi üzrə kompleks xidmətlərin, o cümlədən təmir-bərpa işlərinin yerinə yetirilməsindən və konstruktiv həll yollarının işlənib hazırlanmasından ibarətdir. Həmçinin, şirkət topoqrafik və mühəndis-geoloji axtarış işlərinin, bərpa, müasirləşdirmə, yenidən təchiz etmə və təkrar planlaşdırma kimi işlərin yerinə yetirilməsi üçün əlavə xidmətlər təklif edir. Şirkət inşaat prosesinin bütün mərhələlərində sərmayədarların (sifarişçilərin) qarşılaşdıqları məsələlərin həllində, yəni ideyanın yaranmasından layihənin həyata keçirilməsinə qədər bütün mərhələlərdə təcrübə toplamışdır.

Məqsəd: Bizim məqsədimiz qarşıda duran vəzifələr üçün daha optimal həll yollarının təklif edilməsindən ibarətdir ki, bunlar da təkcə mövcud fəaliyyət növlərinin effektivliyinin artırılması ilə deyil, həmçinin daimi və potensial müştərilərin işgüzar maraqlarının daha geniş dairəsini əhatə etməklə istehlakçıların tələblərinə tam cavab verməlidir. Biz ən yaxşı inşaat şirkətlərindən biri olmağa və inşaat biznesinə yüksək texnoloji yanaşma nümayiş etdirməklə, lider adı qazanmağa can atırıq.

Bazar: KƏNAN həm yerli, həm də beynəlxalq miqyasda ABŞ və Britaniya səfirliklərinin inşası ilə özü haqda müsbət rəy yaratmışdır. Xidmətləri keyfiyyətlə və vaxtında yerinə yetirməklə, KƏNAN təkcə Azərbaycanda deyil, həmçinin Gürcüstanda, Orta Asiyada, İsveçrədə, Rusiyada, İsveçdə və Estoniyada etibarlı və vicdanlı tərəfdaş kimi tanınmışdır.

Bizim komanda: Çoxillik təcrübə, peşə biliklərinin daim təkmilləşdirilməsi və sonsuz təxəyyül gücü bizim təkrarolunmaz, parlaq və yaddaqalan işlər görməyimizə imkan verir. Bizim komanda bir-biri ilə həmfikir olan mütəxəssislərdən ibarətdir ki, onlar da qeyri-standart problemlərin həllində təcrübəyə malikdirlər. Bizlərdən hər birimiz öz işini sevir və ən mükəmməl nəticələr əldə etməyə can ataraq yeni biliklərdən və qabaqcıl texnologiyalardan istifadə etməyə çalışır. Bizim şirkətin strukturu istehsalat, maliyyə və yüksək peşəkarlığa malik kadr ehtiyatlarından maksimum effektiv şəkildə istifadə etməyə imkan verir. Peşəkar iş icraçılarının nəzarəti sayəsində KƏNAN şirkəti inşaat prosesinin istənilən mərhələsində hər hansı iş siklini operativ və keyfiyyətli şəkildə yerinə yetirir. Keyfiyyət şöbəsinin səriştəli işçilərinin, həmçinin Əməyin mühafizəsi, Təhlükəsizlik Texnikası və Ətraf mühitin mühafizəsi üzrə mühəndisin yüksək peşəkarlığı sayəsində obyektlərdə iş qəzalarının sayı minimuma endirilir. Həm təhlükəsizlik texnikası, həm də ətraf mühit aspektləri üzrə bütün iş növləri üçün əvvəlcədən təlimat və dəyərləndirmə aparılır. Şirkətin rəhbərliyinin əməkdaşları dinləmək və onların təşəbbüslərini qəbul etmək bacarığı idarəemənin mükəmməlliyini göstərən mühüm faktordur və şübhəsiz, bu da Keyfiyyətin İdarə olunması Sisteminin tətbiqinə müsbət təsir göstərir.

Zəmanət: KƏNAN özünün bütün məhsullarına zəmanət verir. Biz öz məhsullarımızın etibarlılığını təmin etmək üçün mürəkkəb tikinti prosesinin bütün mərhələlərini dəf etməyə hazırıq.

Filial: 2008-ci ildə KƏNAN Gürcüstanda özünün ilk filialını açıb. KƏNAN Gürcüstanda, öz məhsullarının yüksək keyfiyyətinə zəmanət verən, ən müasir və yüksək təcrübəli tikinti şirkəti qismində fəaliyyətə başlayıb.  Hal-hazırda “ KƏNAN Construction Georgia” şirkəti Tiflis şəhərinin mərkəzində yüksək səviyyəli, çoxmərtəbəli bina inşa edir. 

 
 

 


 
© KENAN Construction and Trade JV